Yuxarı

"Qəbələ" klubu transfer etdiyi ilk futbolçunun adını açıqlayıb

"Qəbələ" klubu transfer etdiyi ilk futbolçunun adını açıqlayıb
Filip Ozobiçlə 2 illik müqavilə imzalanıb

Bakı. 11 iyun. REPORT.AZ/ 2016-2017 mövsümünün hazırlıqlarına start verən “Qəbələ” klubu heyətinə yeni futbolçu qatıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ardıcıl 3-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” heyətini xorvatiyalı Filip Ozobiçlə gücləndirib. 

25 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

2006-2011-ci illərdə Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 yığmalarında çıxış etmiş Ozobiç “Mladost” (Zdralovı) klubunun yetirməsidir. Xorvatiyada “Dinamo” (Zaqreb), “Zadar”, Rusiyada isə Moskva “Spartak”ının yeniyetmə və gənclərdən ibarət komandalarının şərəfini qorumuş yarımmüdafiəçi peşəkar karyerasına da vətənindən kənarda başlayıb. 2008 - 2013-cü illərdə “Spartak”ın futbolçusu ikən xorvatiyalı icarə əsasında Split “Hayduk”unda (2012-2013) da çıxış edib. 2013-cü ildə “Slaven”ə transfer olunmuş Ozobiç son üç mövsümdə də Xorvatiya klubunun şərəfini qoruyub. Bu komandanın heyətində 89 oyuna çıxan yarımmüdafiəçi 15 qol vurub.

Qeyd edək ki, Filip Ozobiç "Qəbələ"nin rəsmən açıqladığı ilk transferidir. Klub Bakı "İnter"indən ayrılan gürcüstanlı yarımmüdafiəçi Nika Kvekveskiri ilə də razılığa gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi