"Qəbələ" klubu tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medalını qazanıb

"Qəbələ" klubu tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medalını qazanıb Çempionatın bütün medalçılarının adları müəyyənləşib
Futbol
24 Aprel , 2017 16:31
Qəbələ klubu tarixində ilk dəfə Azərbaycan Premyer Liqasının gümüş medalını qazanıb

Bakı. 24 aprel. REPORT.AZ/ "Qəbələ" futbol komandası tarixi nailiyyətə imza atıb. "Report"un məlumatına görə, "qırmızı-qaralar" ilk dəfə Azərbaycan Premyer Liqasını gümüş medalla başa vurublar.

Bunadək komandanın ən yüksək göstəricisi ardıcıl 3 mövsüm əldə etdiyi bürünc medal olub. Bu dəfə əyalət təmsilçisi sona bir tur qalmış "İnter"i 4:3 hesabı ilə yenərək, vaxtından əvvəl 2-ci yeri təmin edib. Hazırda 52 xalı olan "Qəbələ" 3-cü pillədəki "İnter"i 9 xal üstələyir.

Gümüş medala rəğmən, "qırmızı-qaralar" 2017-2018 mövsümündə də Azərbaycanı Avropa Liqasında təmsil edəcək. Roman Qriqorçukun baş məşqçi olduğu komanda "İnter"lə birgə mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Daha bir vəsiqənin sahibi isə sonuncu turda müəyyənləşəcək. Son vəsiqəyə ya "Zirə", ya da "Kəpəz" sahib çıxacaq. 

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında ardıcıl 4-cü mövsüm qızıl medala sahib çıxan "Qarabağ" təmsil edəcək.  

Azərbaycan Premyer Liqası, XXVII tur 

24 aprel (bazar ertəsi)

14:30. "Qəbələ” – “İnter” 4:3 

Qollar: Rikardinyo, 14. Sergey Zenyov, 26. Adrian Skarlatake, 33 (öz qapısına). Tellur Mütəllimov, 90 - Rauf Əliyev, 3; 77. Elnur Abdullayev, 73 

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov 

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Şahin Cəfərov 

Qəbələ şəhər stadionu 

İlk üç dövrə - 0:0, 1:1, 2:0

Son xəbərlər

Orphus sistemi