​"Qəbələ" klubu portuqaliyalı futbolçu ilə yollarını ayırıb

​"Qəbələ" klubu portuqaliyalı futbolçu ilə yollarını ayırıb “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma yarımmüdafiəçinin son matçı olub
Futbol
24 Yanvar , 2015 09:53
​Qəbələ klubu portuqaliyalı futbolçu ilə yollarını ayırıb

Bakı. 24 yanvar. REPORT.AZ/ “Qəbələ” Futbol Klubu yarımmüdafiəçi Qomeş Yazalde Pinto ilə yollarını ayırıb. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 2014-2015 mövsümünün startından Qəbələ təmsilçisinin formasını geyinən futbolçunun “qırmızı-qaralar”ın heyətindəki yarımillik karyerası başa çatıb.

2014-cü ilin yayında transfer olunan 27 yaşlı portuqaliyalı legioner mövsümün ilk yarısında "Qəbələ"nin heyətində 14 oyun keçirib. Ötən il avqustun 10-da keçirilən Azərbaycan Premyer Liqasının I turunun “İnter”lə oyununda (0:4) “Qəbələ” formasında debüt edən Pinto 13 çempionat oyununda 458 dəqiqə meydanda olub və 1 sarı vərəqə ilə diqqət çəkib. Pireneyli futbolçu 90 dəqiqə meydanda olduğu 1 kubok oyununun iştirakçısı olub.

Qeyd edək ki, dekabrın 18-də “Sumqayıt”la səfərdə keçirilən qarşılaşma (1:1) Yazaldenin “Qəbələ”də son matçı olub.

Son xəbərlər

Orphus sistemi