​"Qəbələ" klubu "Kəpəz"in futbolçusunu transfer edib

​"Qəbələ" klubu "Kəpəz"in futbolçusunu transfer edib Rəşad Eyyubovun klubla müqaviləsi yarımmüdafiəçinin xahişi ilə pozulub
Futbol
10 Yanvar , 2016 16:45
​Qəbələ klubu Kəpəzin futbolçusunu transfer edib

Bakı. 10 yanvar. REPORT.AZ/ "Qəbələ" klubu "Kəpəz"in futbolçusu Rəşad Eyyubovu transfer edib.

Bu barədə "Report"a Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, mövsümün sonunadək olan müqavilə 23 yaşlı yarımmüdafiəçinin xahişi ilə pozulub.

Diniyev Eyyubovun bu gündən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsinə qoşulduğunu bildirib. Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovla ukraynalı hücumçu Vladimir Korobkanın "Kəpəz"də olduğuna dair xəbərləri isə təkzib edib.

Qeyd edək ki, Rəşad Eyyubov karyerası ərzində "Simurq" və "Xəzər Lənkəran"ın da formasını geyinib. O, Azərbaycana gələnədək Ukraynada "Çernomorets" (Odessa) və "Metallurq" (Donetsk) komandalarında çıxış edib.  

Son xəbərlər

Orphus sistemi