Yuxarı

"Qəbələ" klubu ispaniyalı futbolçu transfer edib

Bu, klubun yay transfer dövründə heyətinə cəlb etdiyi ilk legionerdir

Bakı. 15 iyun. REPORT.AZ/ “Qəbələ” klubu mövsümlərarası dövrdə ilk əcnəbi futbolçu transferini gerçəkləşdirib. "Report"un məlumatına görə, “qırmızı-qaralar” ispaniyalı Fransisko Xavyer Ernandes Qonzaleslə anlaşıb.

Xavi Ernandes Qonzales kimi tanınan futbolçu ilə 1 ili şərti olmaqla, 2 illik müqavilə imzalanıb. İspaniyalı legioner Avstriyada təlim-məşq toplanışında olan komandaya bu gün qoşulacaq.

Hücumameylli yarımmüdafiəçi 1989-cu il iyunun 6-da Salamanka şəhərində anadan olub. “Pizarrales” (1999 - 2002), “Salamanka” (2002 - 2005), “Real Madrid" (2005 - 2008) klublarının yeniyetmələrdən ibarət komandalarında oynayan Ernandes 2007-2008-ci illərdə İspaniyanın U-19 milli komandasında çıxış edib. O, yığmada keçirdiyi 5 matçda 1 qol vurub. 2008-ci ildə peşəkar karyerasına başlayan futbolçu “Real Madrid”in B komandasına çıxış edib. 2011-ci ilədək bu komandada oynayan Xavi icarə əsasında İsveçin “Halmstad” (2011) klubunda da oynayıb. Ardınca vətənində “Salamanka” (2011 - 2013), “Ourense” (2013 - 2014) və “Burqos”un (2014 - 2015) şərəfini qoruyan yarımmüdafiəçi Rumıniyada “Poli Timişoara”da (2015 - 2016), Polşada “Qurnik Lençna”da (2016 - 2017) legioner həyatı yaşayıb.

Qeyd edək ki, "Qəbələ" klubu bunadək yerli futbolçular İlqar Qurbanov, Aqil Məmmədov və Elvin Məmmədovu heyətinə qatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi