"Qəbələ" klubu həbsdə olan Cavid Hüseynovu Avropa Liqasının qrup mərhələsi üçün sifariş edib

"Qəbələ" klubu həbsdə olan Cavid Hüseynovu Avropa Liqasının qrup mərhələsi üçün sifariş edib UEFA-nın açıqladığı siyahıda 22 futbolçu yer alıb
Futbol
3 Sentyabr , 2015 09:48
Qəbələ klubu həbsdə olan Cavid Hüseynovu Avropa Liqasının qrup mərhələsi üçün sifariş edib

Bakı. 3 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun futbol üzrə Avropa Liqasının qrup mərhələsi üçün Sifariş Ərizəsi açıqlanıb. "Report"un məlumatına görə, siyahıda 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 4 hücumçu yer alıb.

Onların arasında hazırda həbsdə olan Cavid Hüseynov da var.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrjkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 7. Ermin Zets, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis David Meza Kolli

Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov

Baş məşqçi: Roman Qriqorçuk

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında PAOK (Yunanıstan), "Krasnodar (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya) komandaları ilə eyni qrupda yer alıb. İlk rəqib PAOK olacaq. Oyun sentyabrın 17-də Bakıdakı "Bakcell Arena"da təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi