Yuxarı

​"Qəbələ" klubu "Əskişəhərspor"la qarşılaşacaq

İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək

Bakı. 2 yanvar. REPORT.AZ/ Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” Antalyada keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaq.

Türkiyə Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq. Bunadək “Qəbələ”nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün Qəbələnin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.

Qeyd edək ki, “Qəbələ” bundan əlavə yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi