Yuxarı

"Qəbələ" klubu Daniel Subotiçlə rəsmi müqavilə bağlayıb

"Qəbələ" klubu Daniel Subotiçlə rəsmi müqavilə bağlayıb
28 yaşlı hücumçu yenidən qırmızı-qara forma geyinəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ “Qəbələ” klubu qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

"Report"Un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiçlə gücləndirib.

2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli forvardla 6 aylıq müqavilə imzalanıb. 28 yaşlı hücumçu yenə 31 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu komandabın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. "Qəbələ" daha öncə yarımmüdafiəçisi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi