"Qəbələ" klubu Daniel Subotiçlə rəsmi müqavilə bağlayıb

"Qəbələ" klubu Daniel Subotiçlə rəsmi müqavilə bağlayıb 28 yaşlı hücumçu yenidən "qırmızı-qara" forma geyinəcək
Futbol
31 Yanvar , 2017 15:37
Qəbələ klubu Daniel Subotiçlə rəsmi müqavilə bağlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Qəbələ” klubu qış transfer pəncərəsində heyətinə daha bir futbolçu cəlb edib.

"Report"Un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” hücum xəttini Daniel Subotiçlə gücləndirib.

2,5 illik fasilədən sonra “Qəbələ”yə qayıdan isveçrəli forvardla 6 aylıq müqavilə imzalanıb. 28 yaşlı hücumçu yenə 31 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə də “qırmızı-qara” forma geyinib. Hücumçu komandabın heyətində Premyer Liqada 29 oyunda 12, Azərbaycan kubokunda 1 qol vurub. O, ölkə çempionatının bürünc mükafatçısı və kubokun finalçısı olub. Bosniya və Herseqovina əsilli futbolçu 2013-cü ilin dekabrında Premyer Liqanın ən yaxşı futbolçusu seçilib. "Qəbələ" daha öncə yarımmüdafiəçisi Araz Abdullayev və müdafiəçi Rasim Ramaldanovla müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi