​"Qəbələ" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

​"Qəbələ" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb Asif Məmmədovla da müqavilə imzalanacaq
Futbol
25 May , 2016 12:36
​Qəbələ klubu daha bir futbolçu ilə müqavilə imzalayıb

Bakı. 25 may. REPORT.AZ/ "Qəbələ" klubu yarımmüdafiəçi Rəşad Sadiqovla müqavilə imzalayıb.

Klubdan "Report"a verilən məlumata görə, 33 yaşlı futbolçu 2016/2017 mövsümünün sonunadək "qırmızı-qaralar"ın heyətində çıxış edəcək.

Klub bu gün digər yarımmüdafiəçi Asif Məmmədovla da müqavilə imzalayacaq. 30 yaşlı futbolçunun müqavilə müddəti 1 il olacaq. 

Qeyd edək ki, "Qəbələ" indiyədək yalnız qapıçı Dmitri Bezotosnı ilə 1 illik müqavilə imzalayıb. Klub müdafiəçi Arif Daşdəmirov, yarımmüdafiəçilər Samir Zərgərov, Aleksey Qay və hücumçu Ermin Zetslə yollarını ayrıb. 

Son xəbərlər

Orphus sistemi