Yuxarı

"Qəbələ" klubu Cavid Hüseynovla müqavilə imzalayıb

Müqavilə mövsümün sonunda başa çatacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubu futbolçu Cavid Hüseynovla müqavilə imzalayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, anlaşmanın müddəti mövsümün sonuna kimidir.

Sabahdan etibarən futbolçu məşqçilər korpusunun proqramına əsasən məşqlərə başlayacaq.

Futbolçunun ölkə çempionatı və ölkə kuboku yarışlarında iştirakı üçün Peşəkar Futbol Liqasına müraciət olunub.

Qeyd edək ki, C.Hüseynov ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək öldürülməsində təqsirkar bilinib 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "Qəbələ"nin sabiq kapitanının cəzası1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi