"Qəbələ" klubu bir ay əvvəl "Neftçi"yə buraxdığı qapıçısını geri qaytarıb - ƏLAVƏ OLUNUB

"Qəbələ" klubu bir ay əvvəl "Neftçi"yə buraxdığı qapıçısını geri qaytarıb - ƏLAVƏ OLUNUB 29 yaşlı qolkiper tezliklə əvvəlki komandasına dönəcək
Futbol
25 Yanvar , 2018 13:51
Qəbələ klubu bir ay əvvəl Neftçiyə buraxdığı qapıçısını geri qaytarıb - ƏLAVƏ OLUNUB

Bakı. 25 yanvar. REPORT.AZ/ "Qəbələ" klubu qış fasiləsində yollarını ayırdığı qapıçı Aqil Məmmədovu geri qaytarmağı qərara alıb. 

Bu barədə "Report"a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.

Onun sözlərinə görə, gözlənilmədən "Neftçi" ilə yollarını ayıran 29 yaşlı qolkiper artıq əvvəlki komandasına dönüb: "Aqilin "Neftçi"dən ayrılmaq istədiyini eşitdik. Biz də qapıçı axtarışında idik. Ona görə də komandamıza qayıtmasını istədik".

Qapıçının özü isə "Report"a açıqlamasında artıq "Qəbələ"nin düşərgəsində olduğunu bildirib: O, “Neftçi”dən ayrılma səbəbi haqda danışmaq istəməyib: "Klubu tərk etməyim əsas heyətdə oynayıb-oynamamağımla və ya maddi məsələlə ilə bağlı deyil. İndi bu barədə heç nə deyə bilməyəcəyəm".

Öz növbəsində "Neftçi" klubu Aqil Məmmədovla müqaviləyə onun xahişi ilə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb. Qapıçıya “Neftçi”dəki xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Aqil Məmmədov "Neftçi" ilə 2017-ci il dekabrın 29-da azad agent kimi 1 illik müqavilə bağlamışdı. Onun "Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. 

Son xəbərlər

Orphus sistemi