Yuxarı
    Bağlamaq

    "Qəbələ" klubu Avropa Liqası matçı ilə əlaqədar Bakı Metropliteninə müraciət edib

    Bu barədə klubdan məlumat verilib

    Bakı. 27 oktyabr. REPORT.AZ/ "Qəbələ" klubu Bakı Metropoliteninə müraciət edib. 

    Klubun baş meneceri Zaur Əzizovun "Report"a verdiyi məlumata görə, məktubda Bakı Metropoliten rəhbərliyindən "qırmızı-qaralar"ın Fransa "Sent Etyen"i ilə Avropa Liqasının qrup mərhələsinin IV tur matçından sonra azarkeşlərin evlərinə qayıtmaları üçün şərait yaradılması xahiş olunub.

    Noyabrın 3-də "Bakcell Arena"da keçiriləcək görüş saat 22:00-da başlayacaq. Oyun metro stansiyaların bağlanacağı ərəfədə - gecə saat 24 radələrində başa çatacağından, tamaşaçılar yaxınlıqdakı "Xalqlar dostluğu" və "Neftçilər" stansiyalarına vaxtında çatamayacaqlar. Məhz bu amili nəzərə alan "Qəbələ" rəhbərliyi stansiyalara giriş vaxtının gecə saat 01:00-dək uzadılmasını istəyib.

    Metroplitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Report"a açıqlamasında bu cür müraciətlərə müsbət yanaşıldığını bildirib: "Klub müraciət edibsə, məsələyə baxılacaq və müvafiq qərar veriləcək".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi