​"Qəbələ" klubu Almaniyaya yollanıb

​"Qəbələ" klubu Almaniyaya yollanıb Komanda 4.5-5 saatdan sonra Dortmunda çatacaq
Futbol
3 Noyabr , 2015 15:57
​Qəbələ klubu Almaniyaya yollanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində Almaniya "Borussiya"sı (Dortmund) ilə qarşılaşacaq "Qəbələ" klubu bu gün yola düşüb. "Report"un məlumatına görə, futbolçuları aparan təyyarə 4.5-5 saatlıq uçuşdan sonra Dortmund şəhərinə çatacaq.

Hazırlığını Qəbələdə tamamlayan komanda sabah oyunöncəsi son məşqinə Dortmundda oyunun keçiriləcəyi BVB Stadionunda çıxacaq.

Qeyd edək ki, "Borussiya" - "Qəbələ" qarşılaşması noyabrın 5-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi