"Qəbələ" klubu AFFA İcraiyyə Komitəsinə namizəd irəli sürməyəcək

"Qəbələ" klubu AFFA İcraiyyə Komitəsinə namizəd irəli sürməyəcək Bu barədə klubdan açıqlama verilib
Futbol
25 Fevral , 2016 13:42
Qəbələ klubu AFFA İcraiyyə Komitəsinə namizəd irəli sürməyəcək

Bakı. 25 fevral. REPORT.AZ/ "Qəbələ" klubu AFFA İcraiyyə Komitəsi üzvlüyünə heç bir namizəd irəli sürməyəcək. Bu barədə "Report"a "qırmızı-qaralar"ın baş meneceri Zaur Əzizov məlumat verib.

Onun sözlərinə görə, klub prezidenti Tale Heydərovun AFFA rəhbərliyində yer alacağına dair xəbərlər həqiqətə uyğun deyil: "Tale müəllim nə AFFA prezidentliyinə, nə də İcraiyyə Komitəsinə namizəd olacaq".

Qeyd edək ki, AFFA-nın Hesabat Seçki Konfransı martın 11-də Bakıdakı "Hilton" hotelində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi