Yuxarı

"Qəbələ" ilə görüşəcək komandanın baş məşqçisi istefa verib

Ərtuğrul Sağlam Eskişehirsporu tərk edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin "Eskişehirspor" klubunun baş məşqçisi Ərtuğrul Sağlam istefa verib. "Report"un məlumatına görə, 46 yaşlı mütəxəssis Superliqanın 16-cı turunda doğma arenada "Qaziantepspor"a 1:3 hesablı məğlubiyyətdən sonra bu addımı atıb. 

Hələlik yeni baş məşqçinin adı açıqlanmayıb. Hazırda 16 xalla 13-cü pillədə olan "Eskişehirspor" yanvarın 14-də Azərbaycanın "Qəbələ" klubu ilə Türkiyənin Antalya bölgəsində yoxlama görüşü keçirməlidir. 

Qeyd edək ki, Ərtuğrul Sağlam 26 iyun 2013-cü ildən bu vəzifədə idi. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi