"Qəbələ" - "İnter" oyununun hakimləri açıqlanıb

"Qəbələ" - "İnter" oyununun hakimləri açıqlanıb XXI turun mərkəzi görüşü Fariz Yusifova həvalə olunub
Futbol
3 Mart , 2017 17:02
Qəbələ - İnter oyununun hakimləri açıqlanıb

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək oyunlar üçün bütün təyinatlar açıqlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turun mərkəzi görüşü sayılan "Qəbələ" - "İnter" oyunu Fariz Yusifova həvalə olunub.

Ötən tur "Kəpəz" - "Qəbələ" matçında verdiyi bəzi qərarları müzakirələrə səbəb olan FİFA referisi Əliyar Ağayev isə həftəsonu heç bir matçda fit çalmayacaq. O, "Neftçi" - "Zirə" qarşılaşmasında 4-cü hakim funksiyasını yerinə yetirəcək.

Azərbaycan Premyer Liqası

XXI tur

4 mart (şənbə)

16:00 “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Namiq Hüseynov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

“Kapital Bank Arena”

20:00 “İnter” – “Qəbələ”

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”

5 mart (bazar)

15:00 “Kəpəz” – AZAL

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Mehman Mahmudov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Kərim Ağayev

Gəncə şəhər stadionu

18:00 “Neftçi” – “Zirə”

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Cavanşir Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Şaiq Həmidov

“Bakcell Arena”

Son xəbərlər

Orphus sistemi