“Qəbələ” hollandiyalı futbolçu ilə müqavilə bağlayıb

“Qəbələ” hollandiyalı futbolçu ilə müqavilə bağlayıb 27 yaşlı Deyv Bultuis müdafiəçidir
Futbol
7 İyul , 2017 17:01
“Qəbələ” hollandiyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 7 iyul. REPORT.AZ/ “Qəbələ” komandası heyətini daha bir futbolçu ilə gücləndirib. 

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət təmsilçisi Deyv Bultuis ilə anlaşıb.

27 yaşlı hollandiyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

1990-cı il iyunun 28-də Hollandiyada anadan olan futbolçu DCG, “Purmersteyn”, “Volendam” və “Utrext”in yeniyetmə komandalarında çıxış edib. Müdafiəçi peşəkar karyerasına da Utrextin eyniadlı təmsilçisində başlayıb. Həm sol cinahda, həm də mərkəzdə çıxış edən Bultuis 2010-2014-cü illərdə “Utrext”in şərəfini qoruyub. 2014-cü ildə Almaniyaya yollanan hollandiyalı son 3 mövsümü “Nürnberq”in heyətində keçirib.

Qeyd edək ki, 2017/18 mövsümünün hazırlıqlarını Avstriyada davam etdirən “Qəbələ” yay fasiləsi ərzində İlqar Qurbanov, Aqil Məmmədov, Elvin Məmmədov, ispaniyalı Xavyer Ernandes Qonzales, fransalı Stiven Jozef-Monroz, hollandiyalı Dion Malone, şotlandiyalı Endi Hallidey, malili Famoussa Koneni heyətinə qatıb. 

Son xəbərlər

Orphus sistemi