Yuxarı

“Qəbələ” klubu heyətini xorvatiyalı yarımmüdafiəçi ilə gücləndirib

25 yaşlı Petar Franyiçlə 2 illik müqavilə imzalanıb

Bakı. 01 sentyabr. REPORT.AZ/ “Qəbələ” futbol klubu “transfer pəncərəsi”nin son günündə heyətinə daha bir yeni futbolçu qatıb.

"Report" klubun saytına istinadən xəbər verir ki, hücum xəttini Ruslan Qurbanovla gücləndirən “qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçlə də anlaşıblar.

25 yaşlı orta sahə oyunçusu ilə 2 illik müqavilə imzalanıb.

Futbolda ilk addımlarını “Kroatia Sesvete” klubunda atan cinah yarımmüdafiəçisi 17 yaşında Xorvatiyanın ən titullu komandası olan Zaqreb “Dinamo”sunun gənclərdən ibarət heyətinə cəlb edilib. Peşəkar karyerasına da bu klubda başlayan Franyiç 2010-2014-cü illərdə “Dinamo”ya məxsus olub. O, bu müddətdə icarə əsasında “Lokomotiv” (2010), “Radnik” (2010-2013) və “İstra”nın (2013) formasını geyinib. “Dinamo” ilə müqaviləsi başa çatandan sonra Petar “İstra” (2014-2015) və “Split”də (2015-2016) çıxış edib. Franyiç Xorvatiya çempionatının yüksək liqasında 66 oyunda 10 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi