​"Qəbələ" futbol klubu ölkə çempionatında iştirakını dayandıra bilər

​"Qəbələ" futbol klubu ölkə çempionatında iştirakını dayandıra bilər Klub hakimliklə bağlı müraciət yayıb
Futbol
28 Aprel , 2016 22:07
​Qəbələ futbol klubu ölkə çempionatında iştirakını dayandıra bilər

Bakı. 28 aprel. REPORT.AZ/ “Qəbələ” futbol klubu futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxara bilər.

"Report" xəbər verir ki, bu barədə klubun yaydığı rəsmi müraciətdə deyilir.

Müraciətdə təəssüf hissi ilə qeyd olunur ki, həm çempionatda, həm də kubok uğrunda futbol yarışılarında “Qəbələ”yə qarşı hakim haqsızlığı klub üçün ciddi problem yaradır.

" “Qəbələ”nin bu futbol mövsümündə keçirdiyi oyunlardan ən azı beşində hakim qərarları oyunun taleyini həll etmiş, onun xal itirməsinə, turnir cədvəlindəki yerinə və kubok yarışlarındakı mövqeyinə mənfi təsir edib. Qeyd edilən oyunlardan dördünə FİFA referisi statusu daşıyan Əliyar Ağayev, birinə isə Ömər Paşayev hakimlik edib", - deyə müraciətdə bildirilir.

“Qəbələ” Futbol Klubu belə hallara dərhal reaksiya verilməsini və bu sahədə ciddi tədbirlər görməsini gözləyir.

“Qəbələ” klubu bəyan edir ki, vəziyyətin bu şəkildə davam edəcəyi təqdirdə futbol üzrə respublika çempionatında və Azərbaycan kuboku uğrunda mübarizədə iştirakının davam etdirilməsini müzakirəyə çıxaracaq.

Son xəbərlər

Orphus sistemi