"Qəbələ" Futbol Akademiyasının məşqçisi yol qəzası nəticəsində dünyasını dəyişib

"Qəbələ" Futbol Akademiyasının məşqçisi yol qəzası nəticəsində dünyasını dəyişib Teymur Musayev tanışının idarə etdiyi maşının yol kənarındakı dirəyə çırpılması nəticəsində ölüb
Futbol
15 Noyabr , 2018 09:43
Qəbələ Futbol Akademiyasının məşqçisi yol qəzası nəticəsində dünyasını dəyişib

Bakı. 15 noyabr. REPORT.AZ/ Qəbələ rayonunda “Toyota” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. 

"Report"un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar avtomobildə sıxışıb qalan sərnişin, 1974-cü il təvəllüdlü Musayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Dünyasını dəyişən şəxsin "Qəbələ" Futbol Akademiyasının qapıçılarla iş üzrə məşqçisi olduğu müəyyənləşib. Akademiyanın direktor müavini Nail Kərimovun "Report"a verdiyi məlumata görə, hadisə Qəbələ şəhərində baş verib. O bildirib ki, Teymur Musayev tanışının idarə etdiyi maşının yol kənarındakı dirəyə çırpılması nəticəsində ölüb.  

Son xəbərlər

Orphus sistemi