"Qəbələ" "Dinamo"ya böyük hesabla uduzaraq mübarizəni dayandırıb

"Qəbələ" "Dinamo"ya böyük hesabla uduzaraq mübarizəni dayandırıb Gürcüstanın paytaxtı Tbilisidə Dinamo və Qəbələ komandaları arasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü keçirilib.
Futbol
1 Avqust , 2019 22:57
Qəbələ Dinamoya böyük hesabla uduzaraq mübarizəni dayandırıb

Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" və "Qəbələ" komandaları arasında UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü keçirilib.

"Report"un matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Boris Payçadze adına "Dinamo" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0. İlk iki qolu 68-ci və 88-ci dəqiqələrdə "göy-ağlar"ın kapitanı Levan Şengeliya, sonuncusunu isə uzatma dəqiqələrində Abdel Medyub vurub.

55 min tamaşaçı tutumuna malik arenada oyuna maraq gözləniləndən xeyli aşağı olub. 7 minədək tamaşaçının izlədiyi görüş "Dinamo"nun üstünlüyü şəraitində keçib. Matçın əvvəllərində "Qəbələ" 0:2 hesablı ev məğlubiyyətinin əvəzini çıxmaq üçün hücum cəhdləri etsə də, faydasız olub. Meydan sahibləri isə tədricən üstünlüyü ələ almağa başlayıb. Əsasən uzaqdan zərbələrə üstünlük verən paytaxt təmsilçisinin bəzi epizodlarda fərqlənməsinə "qırmızı-qaralar"ın qapıçısı və kapitanı Anar Nəzirov mane olub.

40-cı dəqiqədə isə "Qəbələ" məcburi dəyişikliyə əl atmalı olub. İvitsa Zuriç komanda yoldaşı Rasim Ramaldanovla toqquşma nəticəsində zədələnərək, meydanı xərəkdə, daha sonra ambulansla tərk etməli olub. Meydana isə Sadiq Quliyev daxil olub.

Qalan bölümdə daha çox müdafiə olunan qonaqların müqaviməti 68-ci dəqiqədə qırılıb. Nəzirov Şengeliyanın zərbəsinə əngəl ola bilməyib. Qalan bölümdə də "Qəbələ" heç nə ilə yadda qalmayıb. Əvəzində 88-ci dəqiqədə Şengeliya daha bir qol vurub. Oyunda son nöqtəni isə uzatma dəqiqələrində Kvame Karikari qoyub.

Beləliklə, "Qəbələ" evdə olduğu kimi, səfərdə də uduzaraq, mübarizəni dayandırıb.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

21:00. “Dinamo” (Tbilisi, Gürcüstan) - “Qəbələ” (Azərbaycan) - 3:0

Qollar: Levan Şengeliya, 68; 88. Kvame Karikari, 90+3

Baş hakim: Petri Vilyanen

Baş hakimin köməkçiləri: Riku Vihreavuori, Mika Lamppu

Dördüncü hakim: Dennis Antamo (hamısı Finlandiya)

Hakim-inspektor: Yens Larsen (Danimarka)

UEFA nümayəndəsi: Sergey Lisnik (Moldava)

Tbilisi. Boris Payçadze adına stadion

İlk oyun – 2:0

Son xəbərlər

Orphus sistemi