​"Qəbələ" klubu Cavid Hüseynovdan imtina etməyib

​"Qəbələ" klubu Cavid Hüseynovdan imtina etməyib Siyahıda komandanın 20 üzvünün adı yer alıb
Futbol
12 Avqust , 2015 14:27
​Qəbələ klubu Cavid Hüseynovdan imtina etməyib

Bakı. 12 avqust. REPORT.AZ/ "Qəbələ" klubu Avropa Liqasının pley-off mərhələsində Yunanıstan "Panatinaikos"u ilə qarşılaşma üçün iştirak ərizəsini təqdim edib. "Report"un məlumatına görə, siyahıya daxil edilən futbolçular arasında həbs olunan Cavid Hüseynovun da adı var.

Siyahıda komandanın 20 üzvünün adı yer alıb. Baş məşqçi Roman Qriqorçuk Yunanıstan təmsilçisi ilə görüşdə bu futbolçulara şans verəcək:

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos

Yarımmüdafiəçilər: 10. Dodo, 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov

Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 69. Aleksey Antonov.

Qeyd edək ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs olunub və o, qarşıdakı oyunda komandasına kömək edə bilməyəcək.

Son xəbərlər

Orphus sistemi