Yuxarı

“Qəbələ” “Borussiya”ya böyük hesabla məğlub olub - VİDEO

Almanlar Qəbələ klubunun qapısından 4 cavabsız qol keçiriblər

Bakı. 6 noyabr. REPORT.AZ/ Ötən gün Azərbaycanı UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qəbələ” klubu 4-cü tur çərçivəsində Dortmundun “Borussiya” komandası ilə qarşılaşıb.

“Report” xəbər verir ki, ev sahiblərinin üstünlüyü ilə keçən oyunda qalib gələn tərəf almanlar olub.

Yerli futbolçular “Qəbələ”nin qapısından 4 cavabsız qol keçirdərək darmadağını rəsmiləşdiriblər.

Avropa Liqası. Qrup mərhələsi. IV tur

“Borussiya” – “Qəbələ” – 4:0

Qollar: Marco Reus, 28 (1-0), Pierre-Emerick Aubameyang, 45 (2-0), Sergei Zenjov, 67 (3:0, o.g.), Henrik Mkhitaryan, 70 (4-0).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi