"Qəbələ" - "Borussiya" oyununa biletlərin 90%-i satılıb

"Qəbələ" - "Borussiya" oyununa biletlərin 90%-i satılıb Kassalarda 800 bilet qalıb
Futbol
22 Oktyabr , 2015 17:21
Qəbələ - Borussiya oyununa biletlərin 90%-i satılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində bu gün keçiriləcək "Qəbələ" - "Borussiya" (Dortmund, Almaniya) oyunu üçün satışa çıxarılmış biletlərin 90 faizi satılıb. Klubdan "Report"a verilən məlumata görə, kassalarda cəmi 800 bilet qalıb. 

Onların çoxu 3 manatlıq, az hissəsi isə 10 manatlıqdır. Bir neçə gün öncə satışa 8 000 biletin çıxarıldığı açıqlanmışdı. 

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi