"Qəbələ" - "Borussiya" matçı üçün satışa 8000 bilet çıxarılıb

"Qəbələ" - "Borussiya" matçı üçün satışa 8000 bilet çıxarılıb Biletlər "Bakcell Arena"nın kassalarında satılır
Futbol
19 Oktyabr , 2015 12:20
Qəbələ - Borussiya matçı üçün satışa 8000 bilet çıxarılıb

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Qəbələ" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında oktyabrın 22-də keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur matçı üçün biletlər satışa çıxarılıb. "Report"un məlumatına görə, Bakıdakı "Bakcell Arena"da baş tutacaq qarşılaşmaya ən ucuz bilet 3 manatadır.

Qalan biletlərə sektorlardan asılı olaraq, 5 manat, 10 manat və 20 manat qiymət qoyulub. Biletlər "Bakcell Arena"nın kassalarında satılır. 

Klubun marketinq üzrə meneceri Səməd Nəsibovun "Report"a verdiyi məlumata görə, azərbaycanlı azarkeşlər üçün satışa ümumilikdə 8000 bilet çıxarılıb. Qalan biletlərdən 1000-i UEFA və "Borussiya" azarkeşləri üçün nəzərdə tutulub. Oturacaqların aşağı hissələrinə təhlükəsizlik məqsədilə bilet satılmayacaq. Qalan oturacaqlar isə xüsusi dəvətlilər üçün ayrılıb. 

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi