Yuxarı

"Qəbələ" Bolqarıstan klubu ilə heç-heçə edib

"Qəbələ" Bolqarıstan klubu ilə heç-heçə edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" futbol komandası növbəti yoxlama matçını keçirib.

"Report"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu kollektiv Bolqarıstan "Etar"ı ilə üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, ilk matçda Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzan "Qəbələ" ardından Rusiya təmsilçisi "Çayka"nı 3 cavabsız qolla məğlub edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi