Yuxarı

​“Qəbələ” baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb

Ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub

Bakı. 20 dekabr. REPORT.AZ/ “Qəbələ” klubu baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb.

"Report" komandanın saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017-ci illər mövsümünün sonunda başa çatacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi