Yuxarı

"Qəbələ" Avropa Liqasındakı oyunu üçün Bakı Olimpiya Stadionunu sifariş edə bilər

Bu barədə stadionun direktoru məlumat verib

Bakı. 10 avqust. REPORT.AZ/ "Qəbələ" Avropa Liqasının "pley-off" mərhələsində Sloveniya "Maribor"u ilə keçirəcəyi ev oyunu üçün Bakı Olimpiya Stadionunu sifariş etmək istəyir. 

Bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

Onun sözlərinə görə, klub məsələ ilə bağlı şifahi müraciət edib: "Qəbələ" stadionumuzda oynamaq üçün şifahi müraciət edib. Biz oyunun burada keçirilməsinə tam hazırıq. Lakin son qərarı klub verəcək".

Stadion rəhbəri azarkeşlərin oyunlara gəlməsi üçün nəqliyyat vasitəsinin də xidmət göstərəcəyini bildirib: "Azarkeşlər stadionumuza rahatlıqla gələ biləcəklər. Stadiona metronun "Koroğlu" stansiyasından avtobuslar gələcək. Bu zaman azarkeşlər üçün stadiona gəlmək daha rahat olacaq".

Qeyd edək ki, "Qəbələ" - "Maribor" oyunu avqustun 18-də keçiriləcək. Maçtın "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulsa da, stadionun ot örtüyünün yaxşı vəziyyətdə olmaması klubun planlarının dəyişməsinə səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi