Yuxarı
    Bağlamaq

    "Qəbələ" Avropa Liqasında qrup mərhələsinin ilk oyununda məğlub olub

    Qırmızı-qaralar bu dəfə qrupda mübarizəyə məğlubiyyətlə başlayıb

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün "Qəbələ" Avropa Liqasında cari mövsümün qrup mərhələsində ilk oyununa çıxıb.

    "Report"un məlumatına görə, Roman Qriqorçukun komandası Belçikada yerli "Anderlext"in qonağı olub.

    "Qırmızı-qaralar" ötən mövsümdən fərqli bu dəfə qrupda mübarizəyə məğlubiyyətlə başlayıb. Belçikalılar oyunda erkən qolla hesabı açsalar da, tezliklə fransalı hücumçumuz Baqali Dabo tarazlığı bərpa edib. Ancaq fasiləyə az qalmış "Qəbələ"nin braziliyalı müdafiəçisi Rafael Santosun avtoqolu matçın taleyini demək olar, həll edib.

    İkinci hissədə daha bir qol vuran "Anderlext" yenicə meydana çıxan tanınmış legioneri Dieqo Kapelin fərqlənməsi sayəsində 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

    Xatırladaq ki, "Qəbələ" qrupda debüt etdiyi ötən il mübarizəyə Bakıda Yunanıstan PAOK-u ilə qolsuz heç-heçə ilə başlamışdı. Roman Qriqorçukun komandası ikinci turda sentyabrın 29-da Almaniyanın "Maynts" klubunu qəbul edəcək.

    Avropa Liqası

    I tur

    15 sentyabr

    21:00. "Anderlext" (Belçika) - "Qəbələ" (Azərbaycan) - 3:1

    Qollar: Lukaş Teodorşuk, 14, Rafael Santos, 43-öz qapısına, Dieqo Kapel, 77 - Baqali Dabo, 20

    Baş hakim: Harald Laxter

    Yan xətt hakimləri: Maksimilan Kolbits, Andreas Neydenreys

    Əlavə hakim-köməkçiləri: Markus Hameter, Aleksander Harkam

    Dördüncü hakim: Andreas Staudinger (hamısı Avstriya)

    Hakim-inspektor Lusiano Luçi (İtaliya)

    UEFA nümayəndəsi Emil Ubias (Çexiya)

    Brüssel. "Konstant van den Stok" stadionu

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi