"Qəbələ" Avroliqanın qrup mərhələsindəki sonuncu oyununda da məğlub olub

"Qəbələ" Avroliqanın qrup mərhələsindəki sonuncu oyununda da məğlub olub "Qırmızı-qaralar" mübarizəni xalsız başa vurub
Futbol
8 Dekabr , 2016 23:55
Qəbələ Avroliqanın qrup mərhələsindəki sonuncu oyununda da məğlub olub

Bakı. 8 dekabr. REPORT.AZ/ "Qəbələ" komandası futbol üzrə Avropa Liqasında mövsümün son oyununu keçirib. 

"Report"un məlumatına görə, qrupdan çıxmaq şansını hələ IV turda itirən baş məşqçi Roman Qriqorçukun komandası Almaniyada "Maynts"ın qonağı olub. "Qırmızı-qaralar" yenə meydanı məğlub tərk edib. Bundesliqa təmsilçisi ilk hissədə vurduğu 2 cavabsız qolla qalib gəlib. Bununla da "Qəbələ" qrupda keçirdiyi 6 matçın hamısında uduzaraq mübarizəni xalsız başa vurub. "Qırmızı-qaralar" qrupda debüt etdiyi ötən mövsümdə də qalib gəlməyib, amma PAOK-la matçlarda qolsuz bərabərliklər sayəsində 2 xal toplaya bilib. 

Avropa Liqası, qrup mərhələsi, VI tur 

C qrupu 

22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan) - 2:0 

Qollar: Aleksandr Hakk, 30, Pablo De Blazis, 40 

Baş hakim: Simon Li Evans 

Yan xətt hakimləri: Qaret Vin Cones, Leviss Ross Edvards 

Əlavə köməkçi hakimlər: Brin Marxam-Cones, Nik Pratt 

Dördüncü hakim: Daniel Bekett (hamısı Uels) 

Hakim-inspektor: Are Habiçt (Estoniya) UEFA nümayəndəsi: Eamon Nauqton (İrlandiya) Maynts. "Maynts Arena"

Son xəbərlər

Orphus sistemi