Yuxarı
    Bağlamaq

    ​"Qəbələ" UEFA Kubokunun qalibini heyətinə qatıb

    Aleksey Qayla 1,5 illik müqavilə imzalanıb

    Bakı. 6 yanvar. REPORT.AZ/ Heyətini gücləndirməkdə olan “Qəbələ” futbol klubu növbəti transferini reallaşdırıb.

    "Report" klubun saytına istinadən xəbər verir ki, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.

    "Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı rənglərinə bağlayıb. Antalya toplanışı zamanı komandaya qoşulan orta sahə oyunçusu ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqinə də çıxıb.

    1982-ci il təvəllüdlü Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl, 5 gümüş medal qazanan Qay 7 dəfə ölkə kubokunun qalibi, 3 dəfə finalçısı olub. 2008/09 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA Kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-06-cı illərdə “İliçevets”in formasını geyən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

    Qeyd edək ki, 2003-11-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi