"Qəbələ" Bakı "İnter"inin futbolçusunu icarəyə götürüb

"Qəbələ" Bakı "İnter"inin futbolçusunu icarəyə götürüb Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalanıb
Futbol
22 İyun , 2015 17:27
Qəbələ Bakı İnterinin futbolçusunu icarəyə götürüb

Bakı. 22 iyun. REPORT.AZ/ 2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib. "Report"un məlumatına görə, bu dəfə serbiyalı müdafiəçi Vojislav Stankoviçlə icarə əsasında 1,5 illik müqavilə imzalanıb. 

2014/2015 mövsümünün ikinci yarısında Azərbaycanda çıxış etmiş 28 yaşlı oyunçu Bakı “İnter”inə məxsusdur. Azərbaycan Premyer Liqasında 12 matçda 1 qol vuran Stankoviç “İnter”in heyətində ümumilikdə 16 oyuna çıxıb. O, daha öncə 5 ilədək Serbiya “Partizan”ının (2010-2015), eləcə də  “Dinamo” Vranye (2006-2008) və OFK (2009) klublarında da çıxış edib. 2010-cu ildə Serbiya millisinə çağırılan arxa xətt oyunçusu yığmada 1 oyun keçirib.

Qeyd edək ki, bu, "Qəbələ"nin 9-cu transferidir. Vojislav Stankoviçədək Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov və Aleksey Antonovla müqavilə bağlanılıb. 

Son xəbərlər

Orphus sistemi