Qazaxıstan millisinin sabiq futbolçusu intihar edib

Qazaxıstan millisinin sabiq futbolçusu intihar edib İntiharın səbəbləri bilinmir
Futbol
18 Yanvar , 2016 10:24
Qazaxıstan millisinin sabiq futbolçusu intihar edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Qazaxıstanın gənclərdən ibarət yığma komandasının və "Kayrat" klubunun sabiq qadın futbolçusu Zarina Turdiyeva dünyasını dəyişib. "Report"un məlumatına görə, bu barədə Qazaxıstan Futbol Federasiyası açıqlama yayıb.

Qazaxıstan mətbuatında isə gənc futbolçunun intihar etdiyi bildirilib. İntiharın səbəbləri bilinmir.

23 yaşlı Zarina Turdiyeva karyerası ərzində Qazaxıstanın "Kаyrаt", "Jetısu" və "Kokşe" klublarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi