Qazaxıstan təmsilçisi Ermənistan klubundan UEFA-ya şikayət edib

Qazaxıstan təmsilçisi Ermənistan klubundan UEFA-ya şikayət edib Bakı. 1 avqust. REPORT.AZ/ Qazaxıstan təmsilçisi “Tobol”un rəhbərliyi Ermənistanın “Pyunik” klubundan UEFA-ya şikayət edib.
Futbol
1 Avqust , 2018 17:38
Qazaxıstan təmsilçisi Ermənistan klubundan UEFA-ya şikayət edib
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ Qazaxıstan təmsilçisi “Tobol”un rəhbərliyi Ermənistanın “Pyunik” klubundan UEFA-ya şikayət edib.

“Report” sports.kz saytına istinadən xəbər verir ki, “Tobol” rəsmiləri Avropa Liqasının II təsnifat mərhələsində “Pyunik”lə səfərdə keçirdikləri cavab matçında referinin idarəçiliyindən və oyunun təşkilatçılığından narazıdırlar. Onların fikrincə, baş verənlər nəticəyə təsir edib.

Qazaxıstanlılar texniki zonada yer alan “Pyunik” üzvlərinin idmançıya yaraşmayan hərəkətlərə yol vermələrindən də şikayətçidirlər.

Qeyd edək ki, “Tobol” evdə 2:1 hesabı ilə qalib gəlsə də, səfərdə 1 cavabsız qolla uduzudğu üçün mübarizəni dayandırıb. Ermənistanda baş tutan matçın yekununda “Pyunik”in baş məşqçisi Andrey Talalayev rəqibə ədəbsiz jest göstərib.

Son xəbərlər

Orphus sistemi