Qazaxıstan millisinin qapıçısı: "Azərbaycan yığmasının güclü və zəif tərəflərindən xəbərdarıq"

Qazaxıstan millisinin qapıçısı: "Azərbaycan yığmasının güclü və zəif tərəflərindən xəbərdarıq" "Hansı komanda ilə qarşılaşacağımızı demək olar ki, bilirik"
Futbol
25 Mart , 2016 09:59
Qazaxıstan millisinin qapıçısı: Azərbaycan yığmasının güclü və zəif tərəflərindən xəbərdarıq

Bakı. 25 mart. REPORT.AZ/ "Rəqib digər Qafqaz komandaları kimi texnikalıdır. Futbolçularının hamısı bir-birini gözəl başa düşür". "Report" xəbər verir ki, bunu Qazaxıstan milli komandasının qapıçısı David Loriya martın 26-da Türkiyənin Antalya bölgəsində Azərbaycan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşündən öncə yerli federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, hansı komanda ilə qarşılaşacaqlarından tam məlumatlı olduqlarını bildirib: "Azərbaycan yığmasında da böyük nəsil dəyişməsi baş verib. Komandaya yeni baş məşqçi - Robert Prosineçki gəlib. Artıq bizə rəqibin güclü və zəif tərəflərini göstəriblər. Hansı komanda ilə qarşılaşacağımızı demək olar ki, bilirik".

Qeyd edək ki, hazırda Qazaxıstan "İrtış"ında çıxış edən Loriya daha öncə Türkiyənin "Karşıyaka" klubunda çıxış edib. O, Azərbaycan yığmasının sabiq futbolçusu Mahir Şükürovla həmklub olub. Loriya milliyə 5 illik fasilədən sonra qayıdıb. Təcrübəli qapıçı əvvəllər Azərbaycan millisinə qarşı 2 dəfə oynayıb. AVRO-2008-in seçmə qrup mərhələsindəki qarşılaşmalar 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi