Yuxarı

Qazaxıstan millisi baş məşqçisi ilə yollarını ayırıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan milli komandası baş məşqçisi Stanimir Stoylovla yollarını ayırıb.

"Report" Qazaxıstan Futbol Federasiyanın saytına istinadən xəbər verir ki, 52 yaşlı bolqarıstanlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Yığma Stoylovun rəhbərliyi altında 3 yoxlama görüşü keçirib və UEFA Millətlər Liqasında iştirak edib.

Qeyd edək ki, Stanimir Stoylov 2018-ci ilin martından Qazaxıstan millisində çalışıb. O, 2015-ci ildə "Astana"ya rəhbərlik etdiyi dövrdə Qazaxıstan təmsilçisini Çempionlar Liqasının qrup mərhələsinə yüksəldən ilk və yeganə mütəxəssisdir.   

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi