Yuxarı

Qazaxıstan Futbol Federasiyası ölkə klubunun avrokuboklarda iştirakına qadağa qoyub

Qazaxıstan Futbol Federasiyası ölkə klubunun avrokuboklarda iştirakına qadağa qoyub

Bakı. 26 aprel. REPORT.AZ/ Qazaxıstan Futbol Federasiyası "Ordabası" klubunun avrokuboklarda iştirakına qadağa qoyub.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya 2018/2019 mövsümündə komandanın Avropa Liqasında iştirak etirak üçün müraciətini rədd edib. 

Qərar federasiyanın sertifikatlaşdırma komissiyasının iclasında qəbul olunub. "Ordabası" maliyyə meyarlarının yerinə yetirilməməsi səbəbindən rədd cavabı alıb. Klub vergi orqanları və sosial fondlara borcların ödənilməsi üçün nəzərdə tutulan son tarixi pozub.

Ötən mövsüm "Ordabası" ölkə çempionatını 3-cü pillədə başa vurub. Mövsümü 4-cü pillədə başa vuran "Tobol" klubu avrokuboklarda çıxış edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi