Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb Bakı. 23 may. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan və Azərbaycanın futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün biletlər satışa çıxarılıb.
Futbol
23 May , 2018 09:24
Qazaxıstan - Azərbaycan oyununun biletləri satışa çıxarılıb

Bakı. 23 may. REPORT.AZ/ Futbol üzrə Qazaxıstan və Azərbaycanın futbol yığmaları arasında keçiriləcək yoldaşlıq oyunu üçün biletlər satışa çıxarılıb.

“Report”un məlumatına görə, iyunun 5-də Astanada baş tutacaq görüşün biletlərinin qiyməti 500 – 2000 tengə (2,50 – 10 manat) təşkil edir.

Matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da Qırğızıstanla Bakı Olimpiya Stadionunda, iyunun 9-da isə Riqada Latviya kollektivi ilə də yoldaşlıq oyunu keçirəcək.

Son xəbərlər

Orphus sistemi