Yuxarı

Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlanıb

Qazaxıstan - Azərbaycan matçının hakimləri açıqlanıb

Bakı. 31 may. REPORT.AZ/ Qazaxıstan və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün hakimləri açıqlanıb. 

"Report"un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanı moldovalı referi Aleksandr Tyan idarə edəcək. Ona həmyerlilərindən Andrey Bodyan və Viktor Mardari yan xətt, Dmitri Muntyan isə ehtiyat hakim qismində yardımçı olacaq. 

Qeyd edək ki, iyunun 5-də "Astana Arena"da keçiriləcək Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi