AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı

AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı AFFA İntizam Komitəsi (İK) futzal üzrə Yüksək Liqanın XV turunda futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən yarımçıq dayandırılan “Marafon” - “Araz” oyununda baş verən hadisələrə hüquqi qiymət verib.
Futbol
25 Fevral , 2020 16:39
AFFA yarımçıq dayandırılan oyunla bağlı qərarını açıqladı

AFFA İntizam Komitəsi (İK) futzal üzrə Yüksək Liqanın XV turunda futzal qaydalarının hakimlər tərəfindən düzgün tətbiq olunmaması səbəbindən yarımçıq dayandırılan “Marafon” - “Araz” oyununda baş verən hadisələrə hüquqi qiymət verib.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra qarşılaşmanın yenidən keçirilməsi qərara alınıb.

Eyni zamanda oyunun gedişində qırmızı vərəqə alan "Marafon" klubunun baş məşqçisi Elşad Quliyev və futzalçısı Rashid Gholipourun cəzaları, eləcə də digər intizam sanksiyaları qüvvədə saxlanılıb. Qırmızı vərəqə ilə qovulan şəxslərin 1 oyunluq cəzası növbəti təqvim oyununa şamil edilib.

Həmin görüşü futzal üzrə FIFA referisi Hikmət Qafarlı idarə edib.

“Bakı” TFK – EKOL matçında isə qonaq komandanın yaş limitinə uyğun 16 nömrəli futzalçısı Babək Abbasovun oyunda iştirak etməməsi məsələsinə baxılıb. Futzalçının səhətti ilə bağlı problem yarandığına görə görüşdə iştirak etmədiyini nəzərə alan İK komandaya ciddi xəbərdarlıq və analoji hərəkətə növbəti dəfə yol verməməsini tələb edib. 

Son xəbərlər

Orphus sistemi