Qarlı hava şəraiti üzündən Azərbaycan çempionatının oyunu təxirə salınıb

Qarlı hava şəraiti üzündən Azərbaycan çempionatının oyunu təxirə salınıb Qusardakı qarşılaşma bu gün yox, martın 30-da oynanılacaq
Futbol
17 Fevral , 2017 10:52
Qarlı hava şəraiti üzündən Azərbaycan çempionatının oyunu təxirə salınıb

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda XVI turun bir oyunu təxirə salınıb. "Report"un məlumatına görə, Qusarda "Şahdağ" və "Bakılı" komandaları arasında keçirilməli olan qarşılaşma baş tutmayacaq. 

Səbəb kimi ölkə ərazisində hökm sürən əlverişsiz hava şəraiti göstərilib. Peşəkar Futbol Liqasının qərarına əsasən, qarşılaşma martın 30-da oynanılacaq. 

Qeyd edək ki, daha əvvəl I Divizionda XIV turun bütün görüşləri fevralın 27-nə keçirilib. 

Son xəbərlər

Orphus sistemi