Qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan çempionatında daha 2 oyun təxirə salınıb

Qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan çempionatında daha 2 oyun təxirə salınıb Ağsu və Mingəçevirdəki qarşılaşmalar bu gün baş tutmayacaq
Futbol
1 Fevral , 2017 11:55
Qarlı hava şəraiti ilə əlaqədar Azərbaycan çempionatında daha 2 oyun təxirə salınıb

Bakı. 1 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda XIV turun daha 2 oyunu təxirə salınıb. Peşəkar Futbol Liqasından "Report"a verilən məlumata görə, bunlar "Ağsu" - "Bakılı" və "Energetik" - MOİK qarşılaşmalarıdır.

Hər iki görüş Ağsu və Mingəçevirdəki qarlı hava şəraiti ilə əlaqədar fevralın 1-dən fevralın 27-nə keçirilib. Təxirəsalma ilə əlaqədar bu gün cəmi bir oyun baş tutacaq. Bu, saat 15:00-da "Şərurspor"la "Şəmkir" arasında keçiriləcək qarşılaşmadır. Oyunun öncədən "Bakı" klubunun təlim-məşq bazasında keçirilməsi nəzərdə tutulsa da, sonradan görüş süni örtüklü "Bayıl Arena"ya salınıb.

Daha öncə turun “Göyəzən” – “Qaradağ Lökbatan” və “Şahdağ” – “Zaqatala” matçları da eyni səbəbdən fevralın 2-dən fevralın 27-nə təxirə salınıb. Amma hava şəraiti belə davam edərsə, sabaha nəzərdə tutulan "Turan Tovuz" - "Rəvan" oyununun da baş tutmayacağı istisna deyil. Bu halda, fevralın 2-də cəmi bir görüş keçiriləcək. Bu, elə "Bayıl Arena"da nəzərdə tutulan "Səbail" - "Mil-Muğan" qarşılaşmasıdır.  

Son xəbərlər

Orphus sistemi