Qaret Beylin Uels millisinin uğurunu bayram etmək forması "Real Madrid"in narazılığına səbəb olub

Qaret Beylin Uels millisinin uğurunu bayram etmək forması "Real Madrid"in narazılığına səbəb olub Qaret Beylin kapitanı olduğu Uels millisinin AVRO-2020-yə vəsiqə qazanmasını xüsusi formada bayram etməsi İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.
Futbol
20 Noyabr , 2019 16:17
Qaret Beylin Uels millisinin uğurunu bayram etmək forması Real Madridin narazılığına səbəb olub

Qaret Beylin kapitanı olduğu Uels millisinin AVRO-2020-yə vəsiqə qazanmasını xüsusi formada bayram etməsi İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi tərəfindən narazılıqla qarşılanıb.

“Report” ESPN-ə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Macarıstan yığmasını Kardiffdə 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra komanda yoldaşları ilə birgə üzərində “Uels, Golf, Madrid ...Bu qaydada” sözləri yazılmış Uels bayrağı ilə rəqs edib. Bu isə Madrid təmsilçisinə mesaj kimi yozulub.

Qeyd edək ki, daha öncə “Real Madrid”in sabiq futbolçusu Predraq Miyatoviç Beylın prioritetinin “Uels, Golf, Madrid” olduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi