Qaret Beyl: "Sabahkı oyunu səbrsizliklə gözləyirəm"

Qaret Beyl: "Sabahkı oyunu səbrsizliklə gözləyirəm" Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbrsizliklə gözləyirəm.
Futbol
5 Sentyabr , 2019 16:00
Qaret Beyl: Sabahkı oyunu səbrsizliklə gözləyirəm

"Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbrsizliklə gözləyirəm". 

"Report"un Kardiffə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Uels yığmasının kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyanın "Real Madrid" klubunda çıxış edən yarımmüdafiəçi üzərlərində təzyiqin olduğunu bildirib: "Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Mövsüm öncəsi çox yaxşı hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram".

Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi