"Qarabağ" "Zirə" üzərində asanlıqla qələbə qazanıb - VİDEO

"Qarabağ" "Zirə" üzərində asanlıqla qələbə qazanıb - VİDEO Topaz Premyer Liqasında XIX tura yekun vurulub
Futbol
10 Mart , 2018 22:37
Qarabağ Zirə üzərində asanlıqla qələbə qazanıb - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

“Report” xəbər verir ki, turun son oyunu "Azərsun Arena”da "Qarabağ"la "Zirə" arasında keçirilib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. Əvvəlcə Dani Kintana, daha sonra Elvin Yunuszadə fərqlənib. Bu qalibiyyətdən sonra lider "Qarabağ" xallarını 48-ə çatdırıb. "Zirə" isə 32 xalla 3-cü pillədə qalıb.

Premyer Liqa, XIX tur

19:00. "Qarabağ” – "Zirə” - 2:0

Qollar: Dani Kintana, 23. Elvin Yunuszadə, 35

Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena”.

Son xəbərlər

Orphus sistemi