"Qarabağ Vyana" daha bir azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

"Qarabağ Vyana" daha bir azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb Avstriya klubu daha 7 futbolçunu ictimaiyyətə təqdim edib
Futbol
8 Fevral , 2018 15:46
Qarabağ Vyana daha bir azərbaycanlı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ Avstriyada fəaliyyət göstərən "Qarabağ Vyana" klubu daha bir azərbaycanlı futbolçunu heyətinə cəlb edib.

“Report” xəbər verir ki, III liqada mübarizə aparan komanda Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış etmiş Emil Fərzəliyevlə müqavilə bağlayıb. "Qarabağ Vyana" 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, daha 7 futbolçunu ictimaiyyətə təqdim edib.

Qeyd edək ki, Emil Fərzəliyev əvvələr Litvanın “Panevejis” və Bakının “Neftçi” klublarının formasını geyinib. Azərbaycan millisinin sabiq üzvləri – Elvin Bədəlov və Dimtri Nağıyev də hazırda "Qarabağ Vyana"nın heyətində yer alıblar.

Son xəbərlər

Orphus sistemi