"Qarabağ" "Vorskla" ilə oyunun keçiriləcəyi Poltava şəhərinə çatıb - FOTO

"Qarabağ" "Vorskla" ilə oyunun keçiriləcəyi Poltava şəhərinə çatıb - FOTO Bakı. 6 noyabr. REPORT.AZ/ Qarabağ komandası Ukraynada Vorskla ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb.
Futbol
6 Noyabr , 2018 22:18
Qarabağ Vorskla ilə oyunun keçiriləcəyi Poltava şəhərinə çatıb - FOTO

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qarabağ" komandası Ukraynada "Vorskla" ilə Avropa Liqasının qrup mərhələsinin V tur oyununu keçirəcəyi Poltava şəhərinə çatıb.

"Report"un matça ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Ağdam təmsilçisini aparan çarter reysli təyyarə yerli hava limanına Bakı vaxtı ilə saat 21:30-da enib.

Aeroportda komandanı Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə soydaşlarımız və bir qrup ukraynalı jurnalist qarşılayıb.

"Qarabağ" noyabrın 7-də Aleksey Butovski adına stadionda ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq məşqə çıxacaq. Məşqdən əvvəl saat 20:30-da baş məşqçi Qurban Qurbanov və futbolçulardan biri mətbuat konfransı keçirəcək. "Vorskla"nın baş məşqçisi Vasili Saçko isə jurnalistlər önünə saat 19:00-da çıxacaq. Oktyabrın 8-də keçiriləcək oyun saat 24:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi