Yuxarı
    Bağlamaq

    "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki son oyunlarına təyinatlar açıqlanıb

    Görüşləri idarə edəcək hakimlər müəyyənləşib

    Şabran. 5 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" və "Qəbələ" klublarının futbol üzrə Avropa Liqasının qrup mərhələsindəki son tur oyunlarına bütün təyinatlar açıqlanıb. 

    "Report"un məlumatına görə, oyunlar xorvatiyalı və uelsli hakimlərə həvalə olunub.

    Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasındakı görüşdə İvan Bebek iş başında olacaq. Almaniyada keçiriləcək "Maynts" - "Qəbələ" oyununu isə Saymon Li Evans idarə edəcək.

    8 dekabr

    Avropa Liqası, qrup mərhələsi, VI tur

    20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya) 

    Baş hakim: İvan Bebek
    Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrgiç
    Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
    Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
    Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
    UEFA nümayəndəsi: Mixael Zoratti (Avstriya)

    Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

    22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan) 

    Baş hakim: Saymon Li Evans
    Yan xətt hakimləri: Qaret Vin Cons, Lüiss Ross Edvards
    Əlavə köməkçi hakimlər: Nik Prett, Brin Marxam-Cons

    Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
    Hakim-inspektor: Are Habiçt (Estoniya)

    UEFA nümayəndəsi: İmon Nafton (İrlandiya)

    Maynts. "Maynts Arena"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi