​"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri müəyyənləşib

​"Qarabağ" və "Qəbələ"nin Avropa Liqasındakı rəqibləri müəyyənləşib Qrup mərhələsinin oyunlarına sentyabrın 17-də start veriləcək
Futbol
28 Avqust , 2015 16:48
​Qarabağ və Qəbələnin Avropa Liqasındakı rəqibləri müəyyənləşib

Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Monakoda keçirilən püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Qarabağ" və "Qəbələ" klublarının da rəqibləri məlum olub.

Püşkə əsasən, "Qarabağ" J qrupunda "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qəbələ" isə C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya) ilə mübarizə aparacaq.

A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbağça" (Türkiyə), "Molde" (Norveç),

B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Syon" (İsveçrə), 

C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (AZƏRBAYCAN),

D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyülland" (Danimarka), 

E qrupu: "Vilyarreal" (İspaniya), "Viktoriya" (Plzen, Çexiya), "Rapid" (Vyana, Avstriya), "Dinamo" (Minsk, Belarus), 

F qrupu: "Marsel" (Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Liberets, Çexiya), "Qroningen" (Hollandiya),

G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent-Etyen" (Fransa), "Rusenborq" (Norveç), 

H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Skenderbeu" (Albaniya), 

İ qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya), 

J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (AZƏRBAYCAN), 

K qrupu: "Şalke 04" (Almaniya), APOEL (Kipr), "Sparta" (Praqa, Çexiya), "Asteras" (Yunanıstan),

L qrupu: "Atletik" (İspaniya), AZ (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya),

Qeyd edək ki, qrup mərhələsinin ilk oyunları sentyabrın 17-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi